İdman

Kamran Ağayev: “Futbolu bacarmasaq, bu işlə məşğul olmazdıq ki…”

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “Keşlə” – “Səbail” (1:1) matçı sonrası meydan sahiblərinin qapıçısı Kamran Ağayev oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı şərh edən “əlcək sahibi” bunları deyib: “İlk oyun idi, nə demək olar? Fikir bildirmək çətindi. Qalib gələ bilərdik, yaxşı ki, uduzmadıq. Öz oyunumudan narazı qaldım. Kobud səhvlə yadda qaldım. Ancaq çalışıb, “Keşlə”ni yaxşı yerlərə gətirəcəyik. Futbolu bacarmasaq, bu işlə məşğul olmazdıq ki…”

Təcrübəli qolkiper meydança amilindən də şikayətləndi: “İnanın ki, meydança da çox bərbad vəziyyətdədi. Məşq eləməkdə çətinlik çəkirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43