Ölkə futbolu

Kamran Ağayev “Səbail”ə keçir

“Boavişta”dan ayrıldıqdan sonra millimizin qolkiperi Kamran Ağayev klubsuzdur. Onunla Rusiyanın “Amkar” klubları danışıqlar aparsa da sonda onun xidmətindən yararlanmaqda imtina etmişdi.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli əlcək sahibinin karyerasını ölkəmizdə davam etdirmək variantı var. Ağayev qapıçı axtarışında olan “Səbail”lə müqavilə imzalaya bilər. Premyer Liqanın debütantı Aqil Məmmədovla razılığa gəlsə də o, daha sonra “Qəbələ”yə keçmişdi.

“Səbail” Kamranın transferi ilə bağlı yekun qərarı tezliklə verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43