Dünya futbolu

Kamranla Eminin komandası darmadağınla qalib gəldi

Portuqaliya Premyer Liqasında 25-ci turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” doğma meydanda “Maritimo”nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3 – 0 hesablı qələbəsiylə başa çatıb.

Millimizin üzvlərinin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Bu qələbədən sonra xalını 33-ə çatdıran “Boavişta” 10-cu yerdən 8-ci pilləyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43