Ölkə futbolu

Kapitan “Rəvan”ı AZAL-a dəyişdi

Yeni mövsümə hazırlaşan AZAL heyəti gücləndirməkdə davam edir. 

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu artıq yay “transfer pəncərəsi” dövründə 4-cü keçidini rəsmiləşdirib.

Buna qədər Asif Mirili, Eltun Yaqublu və Təmkin Xəlilzadənin keçidini həll etmiş “təyyarəçilər” bu dəfə Novruz Məmmədovu sıralarına qatıb. Müqavilə ilə “Rəvan”a məxsus olan müdafiəçi 1 illiyə icarəyə götürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43