Dünyadan

Xavi “Barselona”nı görün hansı kluba dəyişdi

“Əl-Ərəbi” klubunun baş məşqçisi Dan Petresku “Barselona”nın yarımmüdafiəçisi Xavinin karyerasını Qətər klubunda davam etdirəcəyini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun aparıcı üzvü artıq “Əl-Ərəbi”lə ilkin müqavilə imzalayıb. Bu haqda bu klubun baş məşqçisi Dan Petresku açıqlama verib.

Qətər klubunun çalışdırıcısı “Xavi “Əl-Ərəbi”lə ilkin müqavilə imzalayıb. Ona başqa komandalardan da təkliflər var. Mən şəxsən özüm onunla danışmışam. Hazırda o, dünya çempionatındadı və onunla əlaqə saxlamaq çətindi” – deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43