29 Sentyabr 2024
Ölkə futbolu

“Karyeramda yüksəliş olmasını istəyirəm” – Turan Tovuz”un yeni transferi

“İlk öncə yüksək səviyyəli qarşılamaya görə hər kəsə təşəkkürümü bildirirəm. Qısa müddət ərzində özümü bu mehriban kollektivin bir parçası kimi hiss etdim. Karyeramda yüksəliş olmasını istəyirəm. Bunun üçün də mütləq meydana çıxmalıyam”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un yeni transferi Divinie Naahla klub saytına açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Turan Tovuz”a faydalı olacağıma inanıram. Formamı tam bərpa etmək, komandama kömək etmək üçün səylə çalışıram. Azərbaycan haqqında kifayət qədər məlumatım var idi. Burada çıxış etmiş bir çox dostlarım var. Gəlməmişdən öncə onlarla da söhbət emişdim. “Turan Tovuz” forması ilə meydana çıxmaq üçün səbrsizlənirəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43