Ölkə futbolu

“Neftçi”də ciddi itkilər

“Neftçi” Misli Premyer Liqasınnı 29-cu turunda bu gün səfərdə “Sumqayıt”la qarşılaşacaq

İdmanxeber.az paytaxt təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.

O bildirib ki, Ataa Caber və Vato Arveladze zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər. Millinin heyətində zədələnən Eddi İsrafilovun isə vəziyyəti yaxşıdır.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43