Ölkə futbolu

“Mançester Siti”nin sabiq futbolçusu “Turan Tovuz”da – Rəsmi

“Turan Tovuz” heyətinə daha bir futbolçu cəlb edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi Divinie Naahla 3 ay + 1 il müddətinə müqavilə bağlanıb.

26 yaşlı futbolçu karyerası ərzində “Mançester Siti” (İngiltərə),”Stromqodset” (Norveç), “Breda” (Niderland), “Norşelland” (Danimarka), “Orebro” (İsveç), “Tubiz” (Belçika), “Hapoel” (İsrail), “Mosta” (Malta) komandalarının formasını geyinib.

O, son olaraq Litva “Jalgiris”ində çıxış edib. Divinie Naah “Turan Tovuz”da 24 nömrəli formanı geyinəcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43