Dünya futbolu

Kasilyas: “3 ayda dəyişən bir şey olmazsa, komandadan ayrılacam”

İspaniya millisinin və Madrid “Real”ının qapıçısı İker Kasilyas klubdan ayrılacağı ilə bağlı açıqlama verib.

Qolkiper “Real”da son mövsümünü keçirdiyini bildirib.

Kasilyas jurnalistlərin verdiyi, “Klubdan ayrılmağı düşünürsünüzmü?” sualına belə cavab verib: “Mənə həmişə bu sualı verirlər. İndi deyil, amma gələn 3 ayda dəyişən bir şey olmazsa ayrılmağı düşünürəm. Əgər getmək istəsəydim bunu klub prezidentinə bildirərdim, amma uzun müddət forma geyindiyim bir komandanın parçası olmağı seçdim”

Qeyd edək ki, əlcək ustasının “Barselona”ya keçəcəyi xəbərləri dolaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43