Ölkə futbolu

“Fabio Kapello çox sərt danışdı”

Rusiya yığmasının baş məşqçisi Aleksandr Kokorin yerli mətbuata maraqlı açıqlamalar verib.

O, bunları deyib:

“Oyundan sonra bütün fikirlərim qalib gələ bilməməyimizlə bağlı idi. Məyusluq hissi yaşayırdıq. Tamaşaçıların Rusiya himni səslənən vaxt və ümumiyyətlə oyun boyu özlərini necə apardığını nəzərə alsaq, 3 xal qazanmağa borclu idik. Qarşılaşmadan sonra Fabio Kapello çox sərt danışdı. Baş məşqçi təkcə 90-cı dəqiqədə qol buraxmağımızdan narazı deyildi. Onun narazılığı çoxluqda oynayıb 2-ci qolu vurmamağımızla bağlı idi. Bərabərlik qolundan sonra hamımız başa düşürdük ki, heç bir halda 2-ci topu buraxmayacağıq. Özünüz də gördünüz ki, azərbaycanlılar bu qoldan sonra irəli də getmirdilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43