Dünya futbolu

Maradona: “Ən güclü futbolçu mənəm, Pele yox”

Argentina futbolunun gəlmiş-keçmiş ən güclü futbolçularından biri olan Dieqo Armando Maradona yenidən maraqlı açıqlamaları ilə gündəmi zəbt edib:

O, özünü 21-ci əsrin ən güclü futbolçusu adlandırıb.

“2000-ci ildə əsrin futbolçusu mükafatını ictimaiyyətin gözündə mən qazandım. Yəni, yüz ilin futbolçusu mənəm, Pele yox. FİFA-nın 2000-ci ildə Peleyə verdiyi mükafat isə heç bir işə yaramaz”.

Argentina millisinin sabiq baş məşqçisi həmçinin FİFA prezidenti Yozef Blatter və qurumun nümayəndələrinə də “ilişib”: “FİFA nümayəndələrinin hamısı ən azı 95 yaşındadır. O qədər yaşlıdırlar ki, artıq avtomobil də sürə bilmirlər. Başa düşmürəm ki, bu insanlar dünya futboluna necə rəhbərlik edirlər?”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43