Milli komanda

Azərbaycan – Rusiya matçı rekord qırdı: hələ belə bir şey olmamışdı

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Rusiya matçını rekord sayda azarkeş izləyib.

Belə ki, “Bakcell Arena”da keçirilən oyunu 22 milyon rusiyalı “Birinci kanal” vasitəsi ilə canlı izləyib. 

Buna kimi Rusiya – Portuqaliya matçını 17 milyon azarkeş izləmişdirsə, Bakıda baş tutan matç Moskvadakı qarşılaşmanı kölgəsində saxlaya bilib.

Xatırladaq ki, Rusiya millisi Bakıda qazandığı 1:1-lik heç-heçə ilə dünya çempionatına vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43