Ölkə futbolu

Kaxaber Sxadadze: “Cinahlardan düzgün hücüm qura bilmirdik”

Topaz Premyer Liqasının VIII turunda keçirilən “İnter” – “Simurq” oyununda qapılara qol vurulmadı – 0-0. Oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze düşüncələrini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, “İnter”in baş məşqçisi Kaxaber  Sxadadze matçdan sonra bu fikirləri səsləndirib

“Öncә Müstәqillik Günü münasibəti ilə sizi təbrik edirəm. Oyuna gəldikdə, onu deyim ki, böyük әrazi üstünlüyümüz var idi. Amma cinahlardan düzgün hücüm qura bilmirdik. “Simurq” müdafiә futbolu oynamağı bacaran bir kollektivdir. Oyunda az qol epizodu yaratdıq,amma qәlәbә qazanmaq üçün şanslarımız var idi. Çox tәәssüf ki alınmadı. Biz evdә 2 xal itirdik. Bu oyunu unudub, “Neftçi” ilə matça hazırlaşmalıyıq”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43