Kateqoriyasız

Kaxaber Sxadadze: “Xəzər Lənkəran”la matç çox ağır olacaq”

Topaz Premyer Liqasının 3-cü turunda “İnter” doğma meydanda “Sumqayıt”ı 5:1 hesabı ilə üstələdi. Bununla da “İnter” məğlubiyyətsiz oyunlar seriyasını 3-ə çatdırdı.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "İnter" komandasının baş məşqçisi Kaxaber Sxadadze maraqlı fikirlər səsləndirib:

“Komandamı təbrik edirəm. Bütün qollar gözəl alındı. Amma etiraf edim ki, topu saxlamaqda müəyyən problemlər vardı. Futbolçularla bu barədə danışmışam. Bunun üzərində çox çalışmaq lazımdır. Biz bu vərdişləri təkrarlamalıyıq. Qarşıda çox çətin oyunumuz var. “Xəzər Lənkəran”la matç çox ağır olacaq. Tez bərpa olunmalı və oyuna hazırlaşmalıyıq”

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43