Dünyadan

Kaxaber Sxadadzenin “Xəzər lənkəran”da bəyəndiyi futbolçu kimdir?

“İnter” Topaz Premyer Liqasının XX turunda səfərdə “Xəzər Lənkəran”ı 2-1 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze qalib gəldikləri matçı belə şərh edib:

“Əsas məsələ odur ki, 3 xal qazandıq. Çox çətin oyundan sonra 3 xala nail olduq. Futbolçularımı təbrik edirəm. Oyunçularım matça yaxşı köklənmişdilər. “Xəzər Lənkəran”ın heyətində çox sayda gənc oyunçu var. Gənclər çox istedadlıdırlar, onların arasında Ağabala Ramazanovu qeyd edə bilərəm. Düşünürəm ki, gələcəkdə Azərbaycan millisinin aparıcı hücumçusu olacaq. Biz isə öz oyunumuzu analiz etməliyik. Dediyim kimi, 3 xal qazandıq. Amma bu qələbəni unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43