Kateqoriyasız

“Kayrat” klubunun sahibi saxlanılıb

Qazaxıstanın “Kayrat” futbol klubunun sahibi Kayrat Boranbayev saxlanılıb.

İdmanxeber.az-ın məlumatına görə, Maliyyə Monitorinqi Agentliyi 56 yaşlı funksioneri Almatıda tutub.

Boranbayev müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Yaxın günlərdə onun iştirakı ilə istintaq tədbirlərinin keçiriləcəyi bildirilib.

O, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın keçmiş qudasıdır.

Qeyd edək ki, Kayrat Boranbayev “Kayrat” klubunun sahibidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43