İdman

“Kəpəz” lider “Qəbələ”ni məğlub etdi – ƏVƏZEDİCİLƏR

Bu gün Azərbaycan Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin 19-cu turundan təxirə salınmış görüş keçirilib.
İdmanxeber.com-un məlumatına görə, lider “Qəbələ” Yevlaxda “Kəpəz”in qonağı olub. “Qırmızı-qaralar” bu görüşdə gözlənilmədən autsayderə uduzublar.

5 aprel (cümə axşamı)

“Kəpəz” – “Qəbələ” – 1:0
Qol:
 Şöhrət Quliyev, 55

Qeyd edək ki, əvəzedicilərin yarışında “Qəbələ” 45 xalla birinci, “Kəpəz” isə 13 xalla sonuncudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43