Premyer Liqa

“Kəpəz” sabah məşqlərə başlayacaq

Topaz Premyer Liqasının 13-cü turunda Gəncədə “Neftçi”ni qəbul
edəcək “Kəpəz” sabahdan bu oyunun hazırlıqlarına start verəcək. 

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubu
həftəboyu Bakıda məşq edəcək. “Sarı-göylər”in noyabrın 22-nə təyin edilən məşqi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq.
Hazırlıq prosesi saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ”a qarşı matçdan sonra dünən bərpaedici
proseduradan (sauna, baseyn, massaj) keçən komanda bu gün istirahətə buraxılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43