Premyer Liqa

“Kəpəz” sabah Qəbələyə gedir

Azərbaycan kubokunun ¼ final mərhələsinin “İnter” ilə səfər oyunundan sonra bir gün istirahət edən “Kəpəz” bu gün Bakıda məşqləri bərpa edib.

İdmanxeber.com-un məlumatına görə, komanda Topaz Premyer Liqasının XIV turu çərçivəsində “Qəbələ” ilə rəqib meydanında keçirəcəyi oyuna hazırlaşır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşqə çıxan “sarı-göylər” sabah Qəbələyə yollanacaq. Gəncə klubu çempionat matçı öncəsi son məşqinə Qəbələ şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43