Kateqoriyasız

“Kəpəz” üçün şad xəbər

“Sumqayıt” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “kimyaçılar”ın kapitanı Vurğun Hüseynov Gəncə səfərinə yollanmayacaq.

Buna səbəb isə təcrübəli futbolçunun səhhətində problemlərin yaranmasıdır.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” matçı fevralın 27-i saat 14:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43