Ölkə futbolu

“Kəpəz” yoxlama oyunu keçirəcək

Dünya çempionatı 2018-in seçmə mərhələsinin oyunları ilə bağlı çempionatda yaranan fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirəcək.

İdmanxeber.com xəbər verir ki, Gəncə klubunun rəqibi artıq məlumdur. “Sarı-göylər” paytaxtın “İnter” klubunun əvəzedici heyəti ilə qarşılaşacaq. Bu oyun oktyabrın 10-da saat 15:30-da başlayacaq və “İnter Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43