İdman

“Kəpəz”də 3 zədəli futbolçu birdən “Zirə”yə qarşı oyunu buraxacaq

“Kəpəz” Azərbaycan Premyer Liqasının 8-ci turunda “Zirə” ilə səfər oyununa itkilərlə çıxacaq.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, 3 futbolçu “sarı-göylər”ə kömək edə bilməyəcək. Müdafiəçi Azad Kərimov, yarımmüdafiəçilər Əli Səmədov və İlkin Sadıqov zədələndiyi üçüb sözügedən matçı buraxacaqlar. Onlar məşq zamanı zədələniblər.  

Qeyd edək ki, “Zirə” – “Kəpəz” görüşü bu gün keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43