İdman

Prosineçkiyə yol göründü: “Deməli, işimizi düzgün görürəm ki, mənimlə maraqlanırlar”

Milli komandamızın çalışdırıcısı Robert Prosineçki Sloveniya Futbol Federasiyasından təklif aldığını təsdiqləyib.

İdmanxeber.com-un məlumatına görə, Xorvatiya mətbuatına danışarkən bu barədə məlumat verən yığmamızın hazırkı baş məşqçisi bunun özü üçün böyük şərəf olduğunu dilə gətirib: “Deməli, işimizi düzgün görürəm ki, mənimlə maraqlanırlar. SFF mənimlə görüşmək istədi. Bir neçə gün sonra bu barədə onlarla müzakirələrim olacaq”.

Prosineçki onu da bildirib ki, hazırda gələcəyi ilə bağlı yekun qərar verməyib: “Hər şey ola bilər. Kimlərinsə mənimlə maraqlanmağı böyük şərəfdir. Bu göstərir ki, mən işimi düzgün görürəm. AFFA ilə danışıqlarım olana qədər gələcəyimlə bağlı dəqiq bir şey söyləyə bilməyəcəm”.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43