Kateqoriyasız

“Kəpəz”in düşərgəsində iki legioner

Ərzurumda hazırlıq keçən “Kəpəz”in düşərgəsinə iki yeni futbolçu qoşulub.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, onların hər ikisi legionerdir.

Tam adı Serjio Manuel Kosta Karneyro olan və qısaca olaraq Serjinyo kimi çağırılan portuqaliyalı futbolçu ampluaca mərkəz yarımmüdafiəçisidir. Son klubu ölkəsinin “Trofense” komandası olub. Əvvəllər “Beira-Mar” və “Arouca” klublarında da çıxış etmiş 25 yaşlı orta xətt oyunçusu Portuqaliyanın 20 yaşlılardan ibarət yığma komandasının da şərəfini qoruyub.

Adı Renan da Silva Alves olan digər futbolçu braziliyalıdır. Bir il öncə Portuqaliyaya gələn 23 yaşlı Alves mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Piriney ölkəsində klubu “Jil Visente”də olub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43