İdman

“Kəpəz”in futbolçuları nəzarət altında

“Qarabağ”a qarşı son çempionat oyununda “Kəpəz”in zədələnərək əvəzlənən futbolçularının vəziyyəti qənaətbəxşdir. 

İdmanxeber.com-un məlumatına görə, klubun tibbi personalından verilən məlumata görə, Dieqo Souza, Samir Zərgərov və İlyas Səfərzadənin durumu nəzarət altındadır. Əzələ yüklənməsi diaqnozu qoyulan Zərgərov artıq komanda ilə kollektiv məşqlərə başlayıb. Əzələ ilə bağlı problemləri olan İlyasla Dieqo isə dünən fərdi halda hazırlaşıb. Bu gün təkrar müayinədən asılı olaraq onların kollektiv məşqlərə qoşulub-qoşulmamasına qərar veriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43