Premyer Liqa

“Kəpəz”in futbolçusu: “Biz baş verən hadisədən daha çox sarsılmışıq”

Braziliyanın “Şapekoense” klubunun üzvlərinin olduğu təyyarənin qəzaya uğraması son günlərin ən kədərli xəbərlərindəndi. Futbol ictimaiyyətini sarsıdan qəzada həlak olanların əksəriyyəti futbolçulardı.

İdmanxəbər.com-un məlumatına görə, “Kəpəz”in braziliyalı legionerləri Dario Frederiko və Renan Silva bəxbəxt hadisəylə bağlı klubun saytına danışıblar:

“Dəhşətli faciədi, söz deməyə adamın dili tutulur. Biz braziliyalı futbolçular baş verən hadisədən daha çox sarsılmışıq. Yaşananlar haqda düşünmək asan deyil, əlimizdən heç nə gəlmir. Həlak olanların ailə üzvlərinin nə düşündükərini hiss etmək belə çətindi. Təyyarə qəzası çox qorxunc bir hadisədi, biz özümüz də bu nəqliyyat vasitəsindən tez-tez istifadə edirik. Bizim də başımıza belə bir hadisə gələ bilər. Faciə nəticəsində dünyasını dəyişənlərdən Kleber Santana ilə bir neçə dəfə bir-birimizə qarşı oynamışıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43