08 Sentyabr 2024
Kateqoriyasız

“Kəpəz”in Premyer Liqaya yüksəlməsi “Gənc qapıçılar”ın yolunu açdı

Xəbər verdiyimiz kimi “Gənc qapıçılar” klubunda məşğələləri “Kəpəz” futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. Burada istedadlı uşaqlar yetişərək millimizə və bir neçə klubumuza xeyir verməyə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, “Kəpəz”in Premyer Liqaya yüksəlməsi “Gənc qapıçılar”ın yolu açıb və burda məşq keçən uşaqlar Gəncə təmsilçisinin əvəzedici heyətində oynamağa hazırdırlar.  Klub “Kəpəz”ə və hər hansı bir digər kluba istedadlı qapıçılar təklif edir. Həmin qapıçılarla sizi tanış edirik:

Eynur Orucov- “Qəbələ” FK, U-19 millimizin üzvü, 1997-ci il

Elmin Bayramov,  – “Qəbələ” U-12 komandası

Anar Sadıqlı –  “Kəpəz” U-16 komandası

Elşən Hüseynov, – “Kəpəz” aşağı yaş qrupları üzrə komandası

Adını sadalamadığımız bir neçə uşaq isə “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin aşağı yaş qrupları üzrə komandasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43