Kateqoriyasız

Yığmamızın “play-off”dakı rəqibi müəyyənləşdi

Futzal üzrə Avropa çempionatının final mərhələsinə yüksəlmək uğrunda pley-off matçlarının cütlükləri müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, püşk turnirdə mübarizə aparacaq millimizə Slovakiyanı rəqib edib.

Millimiz ilk oyunu Bakıda keçirəcək. Bu görüş sentyabrın 15-də baş tutacaq. Təkrar oyun bir həftə sonra Bratislavada keçiriləcək.

Pley-off mərhələsinin bütün cütlüklərini təqdim edirik:

Rumıniya – Macarıstan

Bosniya və Herseqovina – Qazaxıstan

Çexiya – Belarus

Azərbaycan – Slovakiya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43