Kateqoriyasız

Ukrayna yığmasının üzvü “Qəbələ” ilə müqavilə imzaladı

Ukrayna millisinin üzvü Vitali Vernibud ölkəmizdə oynayacaq. 

İdmanxeber.com sportinfo.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi “Qəbələ” ilə müqavilə imzalayıb. Roman Qriqarçukun şəxsən komandada görmək istədiyi oyunçu ilə 1+1 şərtilə müqavilə imzalanıb. Aldığımız məlumata görə, Vernidub Ukraynadan birbaşa Türkiyəyə yollanacaq və “Qəbələ”nin məşqlərinə qoşulacaq.

Zaporojye “Metallurq”unun yetirməsi olan mərkəz müdafiəçisi “Zarya”dan savayı “Krivbass” forması da geyinib. Ukrayanın 21 yaşlılardan ibarət yığma komandasında da forma geyinmiş müdafiəçi 2014-cü ildə əsas millidə debüt edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43