Premyer Liqa

“Kəpəz”in qapıçısı zədələndi

Cari futbol mövsümündə qış fasiləsi öncəsi “Kəpəz” daha bir futbolçusunun xidmətindən məhrum olub.

İdmanxeber.com-un məlumatına görə, komandanın qapıçısı Davud Kərimi zədələnərək sıradan çıxıb. Məşqlərin birində zədələnən qolkiperə dizin iç yan bağının burxulması diaqnozu qoyulub.

Məlumata görə, hazırda Kəriminin müalicəsi davam etdirilir. Şəhriyar Əliyev kimi Davudun da yanvar ayından məşqlərdə iştirak edəcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43