Dünyadan

Millimiz Gürcüstana qalib gəldi

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına  görə,  qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub.

Qeyd edək ki, komandamız bir neçə gün əvvəl bu rəqibinə 2:3 hesabı ilə uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43