Ölkə futbolu

Abdulbari Gözəl: “Qurban Qurbanova dedik ki, bunları aradan qaldır”

“Qarabağ”ın prezidenti Abdulbari Gözəl komandanın Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli iş adamı qrupdan çıxmağın əsas hədəf olduğunu bildirib.

O deyib: “Çox yaxşı nəticələrlə irəl getmişdik. Amma futbolda nəticələr yuvarlaqdır. Hərdən problemlər ortaya çıxır. Bu il hədəfimiz qrup mərhələsini adlamaqdan ibarət idi. Buna da yaxın idik. Amma bir-iki dəfə şanssızlıq oldu. “Slovan”la görüş komandanın tarazlığını pozdu. Səfərdəki 0:3 hesablı məğlubiyyət bizi çox narahat etdi. Çatışmazlıqları baş məşqçimiz Qurban Qurbanov görür. Biz də ona dedik ki, bunları aradan qaldır və fikirləş ki, Azərbaycanı o mərhələyə çıxarmaq üçün nə edəcəksən”.

A.Gözəl eyni hədəfə növbəti mövsümdə çatmalarının vacibliyini deyib: “Növbəti mövsümdə də Azərbaycanın incisi olacağıq. Azərbaycanda birinci olmaq əvvəllər çox önəmli idi. İndi isə gedib Avropada bir iş görmək lazımdır. Düzdür, “Qəbələ”, “Zirə” kimi rəqabət yaradan klublarımız var. Klublar güclü olsa, futbolçular daim gücə alışarlar. Güclü klub meydanda tək qalsa, zəifləyə bilər. Çünki zəiflər arasında elə biləcək ki, hamıdan güclüdür. Hədəfimiz Azərbaycanı qrupdan çıxarmaqdır, bunu gözləyirik”.(“Report”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43