Ölkə futbolu

“Kəpəz”in zədəlisi sağaldı

“Kəpəz”in qış hazırlığı zamanı məşqlərin birində zədələnən Ceyhun Cavadovun durumu yaxşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, ayaq vətərində ağrılar olan yarımmüdafiəçi bir müddət fərdi halda hazırlaşsa da, bu gündən komanda ilə birgə məşqlərə qoşulub.

Zədəsi səbəbindən Cavadov MOİK və AZAL-la yoxlama oyunlarında da iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43