İdman

Kərim Diniyev: “Kəpəz”lə oyun mənim üçün xüsusi önəm daşıyır”

Həftə sonu Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Səbail” Gəncədə “Kəpəz”in qonağı olacaq.

İdmanxeber.com-a açıqlama verən “Səbail”in yarımmüdafiəçisi, “sarı göylər”in sabiq futbolçusu Kərim Diniyev, Nizami Yurdundan 3 xalla dönmək istədiklərini söylədi: “Hədəfimiz 3 xaldı. Ardıcıl ikinci qələbəmizi qazanmaq istəyirik. Şaiələr dolaşır ki, guya Kərim “Qəbələ” ilə oyuna qəsdən çıxmayıb. Əsl gücümü “Kəpəz”lə oyuna saxlamışam. Halbuki, And olsun Allaha hamısı yalandı. Sadəcə əvvəlki matçda zədəm var idi. Baş məşqçimiz məni riskə atmadı”.

Bəs görəsən bu görüş qış transfer pəncərəsində “Kəpəz”dən göndərilən Kərim Diniyev üçün xüsusi önəm daşıyırmı? Futbolçu sualı bu cür cavablandırdı:

“Kəpəz”lə oyun mənim üçün xüsusi önəm daşıyır. Əgər yox desəydim, səmimi olmazdı. Ancaq deyim ki, xüsusi hazırlaşıram, bacardığımdan da artığını etmək istəyirəm, xeyr! Bütün oyunlara necə məsliyyətlə hazırlaşıramsa, indi də elə. Nə “Kəpəz”ə, nə də Yunis Hüseynova nəyisə sübut etmək istəmirəm. belə bir niyyətim yoxdu. Gəncə azarkeşləri ilə aram hər zaman yaxşı olub. Ancaq İnşallah, 3 xal “Səbail”in olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43