Ölkə futbolu

“Keşlə”nin futbolçusunun qulağı qırıldı

Dünən Azərbaycan kubokunun 1/4 final mərhələsində “Keşlə” öz meydanında “Qarabağ”ı qəbul edib. Paytaxt təmsilçisinin üzvü Sertan Taşkının matçın ikinci hissəsində “Qarabağ”ın qapıçısı Şahruddinlə girdiyi ikili mübarizədə qulağı qırılıb.

Futbolçu oyuna bir müddət belə davam etsə də, daha sonra əzələsində dartınma hiss etdiyi üçün görüşün sonlarında məcburi əvəzlənib.

Qarşılaşma 1:1 hesabı ilə heç-heçə bitsə də, ilk oyunda “Qarabağ” 1:0 qazandığı üçün növbəti mərhələyə vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43