İdman

“Keşlə” aparıcı üzvünü saxlamaqda çətinlik çəkir: İki legionerə yeni müqavilə

Azərbaycan kubokunun qalibi “Keşlə” aparıcı üzvü Sezar Meza Kollini komandada saxlamaq üçün çox əziyyət çəkməli olacaq.

Belə ki, sərgilədiyi futbolla  bir neçə aparıcı klubun diqqət mərkəzinə düşən yarımmüdafiəçinin xidmətində bir neçə adı açıqlanmayan komanda maraqlıdır.

“Keşlə”nin mətbuat xidmətindən İdmanxeber.com-a  verilən məlumata görə,  paytaxt klubu futbolçunu komandada saxlamaqda maraqlıdır və ona yeni müqavilə də, təklif olunub. Lakin oyunçu komandada qalıb-qalmayacağına hələ qərar verməyib.

Bundan başqa Denis Silva və Adrian Skarlatakeyə də, yeni müqavilə təklif olunacaq. 

Hazırda vətənində istirahət edən Yuri Maksimov iyunun 20-də Bakıya dönəcək. Bundan sonra komandanın İstanbul toplanışı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43