İdman

“Keşlə” üçün 3 yoxlama matçı: rəqiblər bəllidi

Bakı toplanışını başa vuran “Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlıqlarını davam etdirmək məqsədilə Türkiyənin Kızılcahamam vilayətinə gedib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Patalya hotelində məskunlaşan komanda səhər məşqə çıxacaq.

İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda ilk yoxlama matçını iyun ayının 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın “NK Celik Zenica” komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.

İkinci yoxlama matçındakı rəqibi “Levadia” komandası olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq.

Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə paytaxt təmsilçisi İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı hələlik bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43