İdman

“Keşlə”dən növbəti RƏSMİ transfer

Bakının “Keşlə” klubu qış fasiləsində sonuncu futbolçu transferini həyata keçirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bakılılar Sezar Meza Kolli ilə rəsmi müqavilə imzalayıblar. Paraqvaylı futbolçu cari mövsümün sonunadək “Keşlə”nin formasını geyinəcək. O, 10 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2013 – 2016-cı illərdə də “Keşlə”də çıxış edib. O, ötən mövsümü “Zirə”nin heyətində keçirib. Son 7 ayı klubsuz qalan Sezar Meza Kolli yeni komandasına azad agent qismində keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43