İdman

“Kəpəz” rəhbərliyindən azarkeşlərə növbəti jest

Həftə sonu Azərbaycan Premyer Liqasında təxminən 2 aylıq fasilə başa çatacaq və III dövrənin matçları start götürəcək.

İdmanxeber.com-un məlumatına görə, bu mənada 15-ci tur çərçivəsində “Kəpəz” səfərdə “Neftçi”nin qonağı olacaq. Sevimli komandaları üçün darıxan Gəncə klubunun azarkeşləri fevralın 11-i “Baksell Arena”da “Kəpəz”ə yalnız buraxmayacaq. Bunu Nizami Yurdu təmsilçisinin azarkeşlərlə əlaqələndiricisi ə klubun mühafizə xidmətinin rəisi Elmar Əliyev söyləyir: “Çox sağolsunlar, rəhbərliyə nə vaxt xahiş etmişik, sözümüzü yerə salmayıblar. Onlardan xahiş etdik ki, klubumuz yenilənib, onları tək buraxmayaq, oyunlarını stadiondan canlı olaraq izləyək, etiraz etmədilər. Oyun günü Gəncədən Bakıya ən azı 2 ya, 3 avtobus yola düşəcək. Təqribən 100 azarkeş oyun günü “Kəpəz”ə dəstək olacaq. Klubumuzu candan sevən tərəfdarlar hazır olsunlar. İnşallah, yenilənən komandamız bizi evimizə başıuca yola salacaq”,


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43