Dünya futbolu

KİV: “Barselona” hakimlərə rüşvət verib

“Barselona” klubunun sabiq prezidenti Xosep Bartomeu hakimlərə rüşvət verməkdə ittiham olunur.

İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu AS nəşri məlumat yayıb. Bildirilir ki, 2016-18-ci illərdə Kataloniya klubunun rəhbərliyi Hakimlər Komitəsinin sədr müavini Jose Maria Neqreiranın hesabına 1,4 milyon avro pul keçirib.

Bunun ardından prokurorluq məsələni araşdırmağa başlayıb. Sözügedən şəxs ilkin dindirilmə zamanı rüşvət aldığı yönündəki ittihamları rədd edib. O, bu məbləğ qarşılığında “Barselona”lı futbolçulara seminar keçildiyini bildirib. Belə ki, oyunçulara hakimlərdən necə davranmalı olduğu və yeni qaydalar barəsində məlumat verildiyini söyləyib. Sabiq qrum rəsmisi iddialarını sübuta yetirə bilməsə də, rüşvət aldığını qəbul etməyib.

Xosep Bartomeu isə mətbuata açıqlamasında burada hər hansı bir qanunsuzluq olmadığını və klubun 2003-dən bu ödəmələri etdiyini vurğulayıb.

Məsələylə bağlı “Barselona” klubu da mətbuata açıqlama verib. Kataloniya təmsilçisi bu məbləğin danışmanlıq xidməti qarşılığında hakimlərə verildiyini açıqlayıb. Klub digər peşəkar komandalarda da bənzər xidmətlərin olduğunu xatırladıb.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43