Kateqoriyasız

Klinsmann: “Azərbaycan millisi top-komanda deyil”

“Azərbaycan millisinin seçilməsində məqsədimiz var. Ola bilər ki, rəqibimiz top-komandalar siyahısına daxil deyil. Lakin bu da səbəbsiz deyil. Ağır təlim-məşq toplanışından sonra güclü komanda ilə qarşılaşmaq istəmirik. Əks təqdirdə ayaqlarımız daha da ağırlaşa bilər. Azərbaycanla oyunda qələbə qazanmaqla uğurlu seriyaya start vermək istəyirik. İki həftə sıx qrafikdə çalışacağıq. Futbolçuların hansı səviyyədə olduğunu görmək mənim üçün çox vacibdir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri ABŞ millisinin baş məşqçisi Yurgen Klinsman deyib.

Almaniyalı mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Qarşıdakı yoldaşlıq oyunlarında gənc futbolçulara daha çox şans verəcəm. Xəttlərarası əlaqəni və futbolçuların meydanda bir-biriləri ilə necə anlaşdığını görmək istəyirəm. Əsas məqsədim komandada olan problemləri və inkişafı görməkdir. Üç həftə sonra bizi dünya çempionatında Qana ilə ağır oyun gözləyir. O vaxta kimi tam hazır olmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43