19 Sentyabr 2024
Dünya futbolu

Klopp 200-ə çatdı

Dünən gecə keçirilən oyunda “Liverpul” “Çelsi”ni 4-1 hesabıyla məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, bu qələbə Yürgen Klopp üçün əlamətdar olub. Almaniyalı mütəxəssis Mersisayd klubunun baş məşqçisi kimi 200-cü qələbəsini qazanıb. O, “Liverpul” tarixində bunu edən 4-cü məşqçi olub.

2015-ci ildən bəri “qırmızılar”ı idarə edən Klopp ötən həftə mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43