İdman

Komandalardan öncə prezidentlər üz-üzə

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ” səfərdə “Olimpiya” ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, görüşdən öncə Ağdam klubunun prezidenti Tahir Gözəl və Lyublyana təmsilçisinin rəhbəri Milan Mandariç oyunöncəsi rəsmi yeməkdə bir araya gəldilər.

Xatırladaq ki, bu gün Sloveniyanın paytaxtı Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43