Dünya futbolu

Konfrans Liqası: “Beşiktaş” “Neftçi”yə rəqib oldu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan “Neftçi”nin bu raunddakı rəqibi bilinib.

İdmanxeber.az-ın məlumatına görə, bu, Türkiyənin “Beşiktaş” kollektividi. “Qara qartallar” Albaniya “Tirana”sını cavab matçında da yenərək (2:0, ilk oyun 3:1) mərhələ adlayan tərəf olub.

“Neftçi” və “Beşiktaş” klubları avqustun 10 və 17-də üz-üzə gələcək. Bakı klubu ilk matçını səfərdə keçirəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43