Dünya futbolu

Konfrans Liqasında finala yüksələn komandalar

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin cavab görüşləri oynanılıb.

İdmanxeber.az xəbər verir ki, “Bazel” “Fiorentina”nı qəbul edib. Matçın əsas vaxtında “Fiorentina” 2:1 hesabı ilə üstün olduğu üçün əlavə vaxta ehtiyac duyulub. 120+9-cu dəqiqədə daha bir qol vuran İtaliya təmsilçisi 3:1 hesabı ilə qalib (ilk oyun – 1:2) finala yüksəlib.

Digər matçda “Vest Hem” “AZ Alkmaar”ın qonağı olıb. İlk görüşdə 2:1 hesablı qələbə qazanan İngiltərə klubu cavab görüşündə 1:0 hesabı ilə qalib gələrək finala adını yazdırıb.

Bununla da, “Fiorentina” və “Vest Hem” finala yüksəlib.

Qeyd edək ki, Konfrans Liqasının finalı iyunun 7-i Çexiyada keçiriləcək.

18 may

23:00. “Bazel” (İsveçrə) – “Fiorentina” (İtaliya) – 1:3 

Qollar: Qonzales, 35 (0:1), Amdoouni, 55 (1:1), Qonzales, 72 (1:2), Barak, 120+9 (1:3)
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
İlk oyun – 2:1

23:00. “AZ Alkmaar” (Niderland) – “Vest Hem” (İngiltərə) – 0:1

Qol: Fornals, 90+4
Baş hakim: İvan Krujlyak (Slovakiya)
İlk oyun – 1:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43