Dünya futbolu

Konte “Napoli”ni çalışdıra bilər

“Napoli”nin prezidenti Aurelio .De Laurentis Antonio Konteyə illik 8 milyon avro maaşla müqavilə təklif edib.

İdmanxeber.az “Goal”a istinadən xəbər verir ki, Neapol klubunun rəhbərliyi italiyalı məşqçini razı salmaq üçün bu qədər məbləğ nəzərdə tutub.De Laurentis Kontenin “Napoli”ni İtaliya çempionatında lider mövqeyə qaytarmağa qadir olan mütəxəssis olduğunu düşünür.

Xatırladaq ki, Kontenin son iş yeri 2021-ci ilin noyabrından 2023-cü ilin martına kimi “Tottenhem” olub. “Napoli” bu mövsüm A Seriyasında keçirtdiyi 30 oyundan sonra 45 xalı var və səkkizinci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43