Kateqoriyasız

“Krasnodar” Kadi transferini açıqladı

“Krasnodar” “Qarabağ”dan heyətinə qatdığı Kadi Borgesin transferini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytında məlumat verilib.

Braziliyalı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq. Kadi Borges Dubaya gedərək “Krasnodar”ın təlim-məşq toplanışına qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43