İdman

Kubok oyunlarına təyin olunan hakimlərin hər biri bəlli oldu

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, bu mərhələnin oyunlarına Rauf Cabbarovun fiti start veriləcək.

 
O, “Keşlə” – “Kəpəz” oyununda iş başında olacaq. FİFA referilərindən isə yalnız Rəhim Həsənov təyinat alıb. O, “Qarabağ” – “Sumqayıt” görüşündə 4-cü hakim olacaq.
 
Qeyd edək ki, oyunlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
 
10 dekabr (bazar)
14:00. “Keşlə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektior: Murad Məmmədov
“İnter Arena”
 
16:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu
 
11 dekabr (bazar ertəsi)
16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu,
 
19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov 
“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43