19 Sentyabr 2024
Dünya futbolu

Laporta Mbappenin “Real”a keçməsindən danışdı

“Barselona”nın prezidenti Joan Laporta Kilian Mbappenin “Real”a keçidini şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri fransalı hücumçunun Madrid klubu ilə 5 illik müqavilə imzalaması barədə bunları deyib:

“Mən idman fəlsəfəmizə üstünlük verirəm – yerli oyunçulardan komanda formalaşdırmaq. Rəqiblərimizin etdiklərinə hörmətlə yanaşıram, amma fəlsəfəmizə sadiqəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43