Kateqoriyasız

Legioneri başqa kluba görə “Neftçi”dən getdi

“Neftçi”  futbolçusu Kaue da Silva ilə yolları ayırıb.

İdmanxeber.com-un məlumatına görə, klubun saytına istinadən yaydığı xəbərə görə,  Kaue da Silva “Neftçi” rəhbərliyinə müraciət edərək ona başqa klubdan təklif gəldiyini bildirib. Klub rəhbərliyi öz növbəsində  yarımmüdafiəçinin bu müraciətini müsbət cavablayıb. Nəticədə braziliyalı futbolçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, bu gün Kaue da Silva klub rəhbərliyi və komanda üzvləri ilə görüşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43